Bir az
məndən.
Bakıda yaşayıram. UX/UI ilə işləyirəm, bildiklərimi bölüşürəm. Qalanı da günün gətirdiyi şeylər.
İş.
UX/UI.
Qarışıq prosesləri sadə ekranlara çevirmək. İşin ən sevdiyim tərəfi budur.
Problemi anlamaq
İstifadəçi nə etmək istəyir, harada ilişir? Söhbətlər, mövcud məhsula baxış və istifadə ssenariləri ilə əvvəlcə bu sualları aydınlaşdırmaq. Sonra hansı problemi həll etdiyimizi dəqiq bilmək.
Axın və prototip
Bir addımdan o birinə keçid, menyular və məlumatın yeri. Əvvəl sadə eskizlər, sonra kliklənən prototip. Yol uzanırsa qısaltmaq, seçim qarışıqdırsa aydınlaşdırmaq.
İnterfeys və dizayn sistemi
Tipoqrafiya, boşluqlar, rənglər və komponentlər bir yerdə işləməlidir. Mobil və böyük ekranlar, boş vəziyyətlər, yüklənmə və xəta mesajları da dizaynın bir hissəsidir. Təkrar istifadə olunan komponentlər məhsul böyüyəndə işi rahatlaşdırır.
Yoxlamaq və düzəltmək
Prototipi istifadəçilərlə yoxlamaq, ilişən yerləri tapmaq və yenidən baxmaq. Tərtibatçıya ekranlarla yanaşı davranışları və fərqli vəziyyətləri də çatdırmaq. Məhsul işləməyə başlayanda real istifadədən öyrənmək.
Arada yazıram.
Dizayn haqqında düşündüklərim, işdə qarşıma çıxan suallar.
Medium-da oxuÖyrənək.
Birlikdə.
3 ildən çox təcrübə. 100-dən çox tələbə.
Bir axın niyə qarışıq görünür? Düymə harada olsa rahatdır? Figma-da qurduğun ekranı işlək prototipə necə çevirirsən?
Təlimdə təkcə alətləri yox, verdiyimiz qərarları da danışırıq. Ekranı birlikdə qurub, niyə belə etdiyimizə baxırıq.
Təlimə bax ↗Günün
qalanı.
Hər şey iş deyil. Bəzən də sadəcə bədahətən bəzi şeylər.
Danışaq.
Bir “salam” bəs edir.